0
Sunday 4 August 2024 - 11:52

Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb

Story Code : 1151917
Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb
“Report” “Reuters”ə istinadən xəbərinə görə, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.

O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına "maksimum cəza" vəd edib.

"Bu dəfə heç bir bağışlanma olmayacaq", - o deyib.

Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib.

 
Comment