QR CodeQR Code

Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb

4 Aug 2024 11:52

IslamTimes - Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib.


“Report” “Reuters”ə istinadən xəbərinə görə, bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.

O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına "maksimum cəza" vəd edib.

"Bu dəfə heç bir bağışlanma olmayacaq", - o deyib.

Venesuela lideri daha əvvəl ölkədə baş verən iğtişaşlar zamanı iki hərbçinin həlak olduğunu bildirib.

 


Story Code: 1151917

News Link :
https://www.islamtimes.com/az/news/1151917/maduro-venesuelada-iğtişaşların-2-mindən-çox-iştirakçısı-saxlanılıb

Islam Times
  https://www.islamtimes.com