0
Tuesday 30 July 2024 - 19:57

Pezeşkian: Uşaq öldürən silah tədarükçüləri insanlıq dərsi keçə bilməz!

Story Code : 1150928
Pezeşkian: Uşaq öldürən silah tədarükçüləri insanlıq dərsi keçə bilməz!
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bu gün Tehranda bir çox ölkə rəsmilərinin də iştirak etdiyi andiçmə mərasimindəki Qəzzada yaşanan faciələrə işarə edərək deyib: 

"Qəzzədə uşaqları öldürənləri silahla təmin edənlər başqalarına insanlıq dərsi keçə bilməzlər. Qəzzada qadınlar və uşaqlarla vuruşan, onların üzərinə bomba yağdıran rejimin başçısına dəstək olmağı, onun bu cinayətə həvəsləndirildiyini, dəstəklənməsini dünyada heç kim qəbul etmir..."

Qeyd edək ki, işğalçı İsrail rejiminin Qəzzada törətdiyi qətliam hər gün daha ağır cinayətlərlə müşayiət olunur. Dünya xalqları İsraili bu cinayətlərə son verməyə və körpə qatili Netanyahunun mühakimə olunmasına çağırsa da, hələ də Beynəlxalq Təşkilatlar susur...
Comment