QR CodeQR Code

Pezeşkian: Uşaq öldürən silah tədarükçüləri insanlıq dərsi keçə bilməz!

إسلام تايمز , 30 Jul 2024 19:57

IslamTimes - "Qəzzədə uşaqları öldürənləri silahla təmin edənlər başqalarına insanlıq dərsi keçə bilməzlər!"


İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bu gün Tehranda bir çox ölkə rəsmilərinin də iştirak etdiyi andiçmə mərasimindəki Qəzzada yaşanan faciələrə işarə edərək deyib: 

"Qəzzədə uşaqları öldürənləri silahla təmin edənlər başqalarına insanlıq dərsi keçə bilməzlər. Qəzzada qadınlar və uşaqlarla vuruşan, onların üzərinə bomba yağdıran rejimin başçısına dəstək olmağı, onun bu cinayətə həvəsləndirildiyini, dəstəklənməsini dünyada heç kim qəbul etmir..."

Qeyd edək ki, işğalçı İsrail rejiminin Qəzzada törətdiyi qətliam hər gün daha ağır cinayətlərlə müşayiət olunur. Dünya xalqları İsraili bu cinayətlərə son verməyə və körpə qatili Netanyahunun mühakimə olunmasına çağırsa da, hələ də Beynəlxalq Təşkilatlar susur...


Story Code: 1150928

News Link :
https://www.islamtimes.com/az/news/1150928/pezeşkian-uşaq-öldürən-silah-tədarükçüləri-insanlıq-dərsi-keçə-bilməz

Islam Times
  https://www.islamtimes.com