0
Wednesday 10 July 2024 - 07:58
İranın yeni seçilmiş prezidenti müqavimətə var gücü ilə dəstək verəcəyimi açıqlayıb

Pezeşkiyan: Biz bütün gücümüzlə müqaviməti dəstəkləyəcəyik

Story Code : 1146837
Pezeşkiyan: Biz bütün gücümüzlə müqaviməti dəstəkləyəcəyik
Məsud Pezeşkiyan Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahın məktubuna cavabında yazıb: “Cənab Seyid Həsən Nəsrullah, hörmətli Livan Hizbullahının Baş Katibi:
Zati-alinizə salamlar və dərin təşəkkürlərlə, İran İslam Respublikasının prezidenti seçildikdən sonra sevgi dolu mesajınızı aldım.
İran İslam Respublikası həmişə region xalqlarının qeyri-qanuni sionist rejimə qarşı müqavimətini dəstəkləyib.
Müqavimətin dəstəyi İran İslam Respublikasının fundamental siyasətləri, İmam Rahilin (r.a) idealları və Aliməqamlı Rəhbər Ayətullahül-üzma Xameneinin göstərişlərindən qaynaqlanır və qüdrətlə davam edəcək. Məzlum Fələstin xalqını dəstəkləyir, bölgənin digər məzlum xalqlarını və müqavimət mehvərini himayə edəcəyik”.
 
Source : SaharTV
Comment