İranın yeni seçilmiş prezidenti müqavimətə var gücü ilə dəstək verəcəyimi açıqlayıb
Pezeşkiyan: Biz bütün gücümüzlə müqaviməti dəstəkləyəcəyik
SaharTV , 10 Jul 2024 07:58
Islamtimes - İran İslam Respublikasının yeni seçilmiş prezidenti müqavimətə var gücü ilə dəstək verəcəyimi açıqlayıb.
Məsud Pezeşkiyan Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahın məktubuna cavabında yazıb: “Cənab Seyid Həsən Nəsrullah, hörmətli Livan Hizbullahının Baş Katibi:
Zati-alinizə salamlar və dərin təşəkkürlərlə, İran İslam Respublikasının prezidenti seçildikdən sonra sevgi dolu mesajınızı aldım.
İran İslam Respublikası həmişə region xalqlarının qeyri-qanuni sionist rejimə qarşı müqavimətini dəstəkləyib.
Müqavimətin dəstəyi İran İslam Respublikasının fundamental siyasətləri, İmam Rahilin (r.a) idealları və Aliməqamlı Rəhbər Ayətullahül-üzma Xameneinin göstərişlərindən qaynaqlanır və qüdrətlə davam edəcək. Məzlum Fələstin xalqını dəstəkləyir, bölgənin digər məzlum xalqlarını və müqavimət mehvərini himayə edəcəyik”.
Story Code: 1146837