Misir prezidenti Əbdülfəttah əl-Sisi bildirib ki, sionist rejim məsuliyyəti öz üzərinə götürməkdən yayınmaqda davam edir və atəşkəs yaradılması, məhbusların azad edilməsi üçün vacib faktor olan Həmas hərəkatı ilə atəşkəsdən qaçır.
Əl-Cəzirə telekanalının məlumatına görə, ölkəsi Qəzzada atəşkəsin vasitəçilərindən biri olan Sisi ərəb ölkələri başçılarının Manamada keçirilən iclasında deyib: “İsrail Rəfahdakı hərbi əməliyyatlarını davam etdirir və bu şəhərin keçidindən istifadə edir, mühasirəni gücləndirir”.
Misir prezidenti əlavə edib: "Təhlükəsizlik məsələləri, hərbi həll yolları ilə öz maraqlarını təmin edə biləcəklərini düşünənlər aldanıblar".