QR CodeQR Code

Misir: Tel-Əviv atəşkəsdən yayınır

إسلام تايمز , 17 May 2024 03:26

IslamTimes - Misir prezidenti ərəb ölkələrinin sammitində işğalçı İsrail rejiminin atəşkəs danışıqlarındakı uğursuzluğu və məsuliyyətsizliyindən danışıb.


Misir prezidenti Əbdülfəttah əl-Sisi bildirib ki, sionist rejim məsuliyyəti öz üzərinə götürməkdən yayınmaqda davam edir və atəşkəs yaradılması, məhbusların azad edilməsi üçün vacib faktor olan Həmas hərəkatı ilə atəşkəsdən qaçır.

Əl-Cəzirə telekanalının məlumatına görə, ölkəsi Qəzzada atəşkəsin vasitəçilərindən biri olan Sisi ərəb ölkələri başçılarının Manamada keçirilən iclasında deyib: “İsrail Rəfahdakı hərbi əməliyyatlarını davam etdirir və bu şəhərin keçidindən istifadə edir, mühasirəni gücləndirir”.

Misir prezidenti əlavə edib: "Təhlükəsizlik məsələləri, hərbi həll yolları ilə öz maraqlarını təmin edə biləcəklərini düşünənlər aldanıblar".


Story Code: 1135615

News Link :
https://www.islamtimes.com/az/news/1135615/misir-tel-əviv-atəşkəsdən-yayınır

Islam Times
  https://www.islamtimes.com