Sionistlərin ermənilərlə bazarlığı yeni müstəviyə keçir
Ermənistan İsraildən PUA əleyhinə sistemlər alır
Story Code : 1107994
Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bu barədə deyib: “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”.
Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir.
Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.
Daha əvvəl sionist rejimin bir tərəfdən Bakıya pilotsuz təyyarələr satdığı, digər tərəfdən də həmin PUA-ların qarşısını almaq üçün müvafiq sistem və kodları İrəvana satdığı məlum olmuşdu