0
Saturday 30 December 2023 - 13:48

Həmas öz gücünün təkcə 14 faizindən istifadə edib

Story Code : 1105868
Həmas öz gücünün təkcə 14 faizindən istifadə edib
O, regionun son durumu və son beynəlxalq olayları konfrans iştirakçıları üçün şərh edib.
Müasir dünyada beynəlxalq mexanizm və anlamlar dəyişməkdədir- deyən Hüseyn Əmir-Abdullahiyan söyləyib: İlk dəyişiklik, hegemoniyadadır. Amerikanın hegemonçuluq tətbiq etmək qüdrəti günü-gündən keçmişdəkindən daha çox tənəzzül etməkdədir.
Ələqsa Tufanı əməliyyatını Fələstin İslami Müqaviməti üçün fəxrgətirici əməliyyat adlandıran Əmir-Abdullahiyan müxtəlif ölkələrin başçılarının sionist rejimin içdən dağıldığını etiraf etmələrinə işarə edib və vurğulayıb: Səksən gündür ki, Amerika və Qərb sionist rejimi himayə edirlər. Bəzi ölkələrin rəsmilərilə olan müxtəlif iclaslarda onlara dedim ki, sizin ölkənizdən intensiv şəkildə sionist rejimə silah göndərilir.
İran xarici işlər naziri Həmas-ın tərkisilah və ya məhv edilməsi də daxil olmaqla sionist rejimin öz məqsədlərinə nail ola bilmədiyi və son savaşda uğursuz qaldığını bildirib və vurğulayıbdır ki: Bu məqsədlərdən heç biri həyata keçməyib və səksən gün cinayət və qırğın/ onlar üçün səmərəli olmayıb. Görəndə ki, Həmas-ı məhv etmək hədəfinə yaxınlaşa bilmirlər, Həmas-la əsirlər mübadiləsi məsələsini irəli sürdülər.
Əmir-Abdullahiyan əlavə edib: Bu gün Fələstin İslami Müqaviməti elə bir bacarıq  mərhələsinə çatıbdır ki, sionist rejimin dəhşətli bombardmanları belə,/ bu qabiliyyətə xələl gətirə bilməyibdir.
Fələstinin son durumunu açıqlayan Əmir-Abdullahiyan söyləyib: Bu gün qərblilər bir belə cinayətdən xəcalət çəkirlər. Onlar İsrail rejimi və Amerikanın kənarında dura bilmirlər və bu, Qəzzədəki cinayətin dərinliyini göstərir.
İran xarici işlər naziri daha sonra vurğulayıb: Səksən gün cinayət törədildi, amma nə Həmas məhv oldu, nə də ki, sionistlərin əsirləri azad oldular. Bu gün Fələstin İslami Müqaviməti qüdrət zirvəsində dayanıb. İsmayıl Hənyənin sözlərinə görə, müqavimətin imkanları, qüvvələri və qabiliyyətlərinin təkcə on dörd faizindən istifadə edilib.
O, mənə deyirdi ki: Biz yaxşı giriş etmişik və yaxşı şəkildə çıxış üçün də proqramımız var.// Həmas mütləq şəkildə müqavimət meydanının qalibidir-deyə, İran xarici işlər naziri vurğulayıb
 
Source : SaharTV
Comment