APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
"Biz indi blokadanı yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik" - Fidan bildirib.
O qeyd edib ki, “bu üsullar işə yaramırsa, başqa yollar da var”.
Fidan Ankaranın Qəzza böhranının həlli üçün hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.