Hakan Fidan: Türkiyə Qəzzada başqa həll tədbirlərinə əl ata bilər
19 Nov 2023 00:36
IslamTimes - Ankara Qəzza zolağının blokadasını yarmaq üçün diplomatiyadan istifadə edir, lakin bu üsullar nəticə verməsə, başqa vasitələrə müraciət edə bilər.
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
"Biz indi blokadanı yarmaq üçün diplomatik vasitələrdən istifadə edirik" - Fidan bildirib.
O qeyd edib ki, “bu üsullar işə yaramırsa, başqa yollar da var”.
Fidan Ankaranın Qəzza böhranının həlli üçün hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib.
Story Code: 1096698