0
Saturday 24 December 2022 - 14:42

İranın strateji səbri sonsuz olmayacaq

Story Code : 1031786
İranın strateji səbri sonsuz olmayacaq
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani-Çafi bildirib ki, İran İslam Respublikası Ukrayna rəsmilərinin iddia olunan pilotsuzlar məsələsi barəsindəki əsassız ittihamlarına dəfələrlə cavab verib.
Kənani-Çafi əlavə edib: Bir daha təkid olunur ki, İran İslam Respublikası Ukrayna savaşında istifadə edilmək üçün heç bir tərəfə heç bir hərbi təchizat ixrac etməyibdir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İran Ukrayna da daxil olmaqla ölkələrin ərazi bütövlüklərinə daima hörmət edib.
İran diplomatiya aparatının sözçüsü əlavə edib: Ukrayna prezidenti yaxşı olardı ki, Amerikanın dəstəyinə ürəklərini xoş etmiş bəzi ölkələrin liderlərinin talelərindən ibrət alsın.
 
Source : SaharTV
Tagged
Iran ukrayna
Comment