QR CodeQR Code

İranın strateji səbri sonsuz olmayacaq

SaharTV , 24 Dec 2022 14:42

Islamtimes - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukrayna prezidentinin ABŞ konqresində İran haqda işlətdiyi təkrar ittihamları və nəzakətsiz ifadələri pisləyib və deyib: Zelenski bilsin ki, İranın əsassız ittihamlar qarşısındakı strateji səbri sonsuz olmayacaq.


SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani-Çafi bildirib ki, İran İslam Respublikası Ukrayna rəsmilərinin iddia olunan pilotsuzlar məsələsi barəsindəki əsassız ittihamlarına dəfələrlə cavab verib.
Kənani-Çafi əlavə edib: Bir daha təkid olunur ki, İran İslam Respublikası Ukrayna savaşında istifadə edilmək üçün heç bir tərəfə heç bir hərbi təchizat ixrac etməyibdir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: İran Ukrayna da daxil olmaqla ölkələrin ərazi bütövlüklərinə daima hörmət edib.
İran diplomatiya aparatının sözçüsü əlavə edib: Ukrayna prezidenti yaxşı olardı ki, Amerikanın dəstəyinə ürəklərini xoş etmiş bəzi ölkələrin liderlərinin talelərindən ibrət alsın.
 


Story Code: 1031786

News Link :
https://www.islamtimes.com/az/news/1031786/iranın-strateji-səbri-sonsuz-olmayacaq

Islam Times
  https://www.islamtimes.com