Related FileSEPAH Hərbi Dəniz Qüvvələrinin yenilənmiş arsenalına “Şəhid Əbu Mehdi Əl-Mühəndis”in döyüş patrul gəmisi, dörd “Zülfiqar 16” raket buraxılış gəmisi və “Kövsər” raket sistemi ilə təchiz edilmiş “Aşura” gəmisi əlavə edilib.
Həmçinin bu arsenalda beş “Aşura” torpedo qurğusu, doqquz “Mirsad” döyüş kəşfiyyat gəmisi, bir sahil yanğınsöndürmə gəmisi, bir optimallaşdırılmış “Tariq” raket buraxılış gəmisi və iki “Aşura” komanda üzgüçü avadanlıqları da yer alıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı general-mayor Hüseyn Səlami bu mərasimdə çıxış edərək deyib: “İran İslam Respublikası dəniz qüvvələrinin həll edici əhəmiyyətinə ciddi yanaşır, onun mühüm təyinedici roluna və eləcə də döyüş səhnəsinin əsas amili kimi daim nəzərdə saxlamaqla özünün müyyən dəniz gücünü sturkturlaşdırır və bu sahədə özünü inkişaf etdirir”