SəhərAzəri-nin məlumatına əsasən, Rəisi və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin 15-ci sammitində iştirak etmək məqsədilə dünən Tehrandan Türkmənistanın paytaxtı Aşqabada yola düşüb.
Rəisi Aşqabad hava limanına daxil olarkən Türkmənistan prezidenti Qurbanqulu Berdı-Məhəmmədov tərəfindən rəsmi şəkildə qarşılanıb.
İran İslam Respublikası, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan Respublikası EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrdirlər.