Yəmən XİN: “Sənanı böyük diplomatik açılış gözləyir”
Story Code : 957470
Deyerler.org xəbər verir ki, Hişam Şərəf oktyabrın 5-i Əl-Məsira televiziyasına verdiyi müsahibəsində, Səudiyyə rejimi və ABŞ rəsmilərinin Yəmən böhranının həlli ilə bağlı son açıqlamalarına münasibət bildirib: “Səudiyyə (Səud rejimi) koalisiyasının Yəmənə qarşı təcavüzü dayandırmaq qərarında ABŞ maraqları üstünlük təşkil edir. Yəmən torpaqlarında döyüş təyyarələrinin davam etməsi sülh niyyətini əks etdirmir.
Sənadakı mövqeyimiz qətidir və beynəlxalq birliyə və BMT-yə məlumat verildi ki, sülh üçün ciddilik olması şərti ilə humanitar məsələləri bir sıra siyasi və hərbi məsələlərlə əlaqələndirmək mümkün deyil.
Blinken, Sallivan və Landerkinqin Yəmən müharibəsinin vətəndaş müharibəsi olduğu fikrini dünyaya aşılamaq səyləri ümidsiz cəhddir. Yəmənə qarşı təcavüz Səudiyyə rejimi tərəfindən Ağ Evdən elan edildi və bu təcavüz ABŞ-ın iştirakı ilə baş verir.
Əl-Bəydada Əl-Qaidə ilə əlaqəli koalisiya silahlıları dəstəkləmək, ABŞ-ın qondarma terrorla mübarizə standartlarının birmənalı olmadığını və iştirak etdiyi koalisiyaya dəstəyini göstərir.
Sənanın qarşısında böyük diplomatik açılış var və önümüzdəki günlər bu istiqamətdə proseslərlə doludur”.
Bu açıqlamalar Səudiyyə rejiminin SPA rəsmi xəbər agentliyinin bu yaxınlarda vəliəhd şahzadənin Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Yəməndəki savaşın sona çatması ilə bağlı danışdığını bildirdiyi bir vaxtda səsləndirilib.