Amerikalı jurnalist: “General Süleymaninin şəhidliyinin həqiqəti dünyaya çatdırılmalıdır”
Story Code : 955834
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Mərziyyə Haşimi Kermanşahda keçirilən beynəlxalq toplantıda şəhid Süleymani haqqında çıxış edərək, bunları deyib: “ABŞ xalqı general Süleymani ilə bağlı xəbərlərin əks-sədasını nəzərə alaraq, əsl terrorçu olan bu ölkənin rəhbərliyini və hərbi qüvvələrini dəstəklədi. Əgər ABŞ xalqı həqiqəti bilsəydi, şübhəsiz ki, general Süleymanini dəstəkləyərdi və şəhid edilməsinə kədərlənərdi”.
Qərb mətbuatının əksəriyyətinin şəhid Süleymanini kölgədə olan bir şəxsiyyət kimi qələmə verdiyini bildirən Haşimi, 2013-cü ildə nəşr olunan bir məqalədə şəhid general Süleymani haqqında onun Yaxın Şərqin ən güclü şəxsiyyətlərindən biri kimi söz açıldığını və bunun da Qərbin ondan qorxduğunu göstərdiyini bildirib: “Qərb mediasına görə, şəhid Süleymani bölgə xalqını və müqavimət qüvvələrini birləşdirmə gücünə sahib idi və nəşr olunan məqalələr Qərbin general Süleymanidən əsaslı qorxusunu əks etdirirdi.
Mətbuatda yayılan məlumatlara görə, qərblilər ABŞ-ın İŞİD-lə mübarizə etdiyini düşünürdülər, amma qərblilər döyüşdüklərini düşündükləri qüvvələrin əslində İŞİD-i yaradan qüvvələr olduğunu bilmirdilər və heç kim general Süleymaninin İŞİD-lə mübarizə aparan qüvvələrin başında olduğunu bilmirdilər”, - deyə amerikalı jurnalist bildirib.
General Süleymaninin şəhid olmasından sonra ABŞ xalqının və hətta hərbi komandirlərin qorxu və iztirablarını təsvir edən Haşimi, general Süleymani ilə bağlı faktların, xüsusən də müqavimət mediası tərəfindən çatdırılmalı olduğunu bildirib.