“Report”un məlumatına görə, bunu Amerika lideri Cozef Bayden bəyan edib.
“Biz tam olaraq cədvələ uyğun hərəkət edirik, hazırda planlaşdırdığımız nöqtədəyik. Bütün hallarda ABŞ hərbçilərinin bir qismi bu ölkədə (Əfqanıstan - Red) qalacaq”- deyə Bayden qeyd edib.
Qeyd edək ki, ABŞ səfirliyini və Kabildəki beynəlxalq hava limanını qorumaq üçün mindən az amerikalı hərbçi Əfqanıstanda qalacaq.