Təhqir olunan AB ölkələri ABŞ-a cavab verə bilmir - Zaxarova
Story Code : 936058
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Nə İsveç, nə Norveç, nə Fransa, nə də Almaniya ABŞ-Danimarka ikilisinin onlarla uyğun olmayan hərəkət etdiyini görməməzlikdən gələ bilmədi. Ancaq təhqir olunan ölkələr hələ də iddialarını necə tərtib edəcəklərini düşünməyiblər", - Zaxarova vurğulayıb.
Zaxarova siyasətçiləri dinlənilən ölkələrin nə sanksiya, nə də səfirliklərin bağlanması kimi addımlar atmadığını, yalnız Norveç və İsveçin Danimarkdan həssaslıqla izahat tələb etdiyini söyləyib.
Qeyd edək ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti 2012-2014-cü illərdə ABŞ Milli Təhlükəsizlik Agentliynin Danimarkanın köməkliyi ilə avropalı siyasətçiləri izlədiyini iddia edib.