Rəy Əl-Youm: “Səudiyyə nümayəndə heyəti Bəşər Əsədlə görüşdü”
Story Code : 930898
Deyerler.org xəbər verir ki, qəzet həmin nümayəndə heyətinə Səudiyyə rejiminin kəşfiyyatının rəhbəri Xalid Əl-Xumidanın rəhbərlik etdiyini bildirib.
Qəzet, həmçinin Dəməşqdəki bəzi yüksək rütbəli diplomatlara istinad edərək, nümayəndə heyətinin Suriyanın təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Əli Əl-Məmlüklə də görüşdüyünü və tərəflərin Ramazan bayramından sonra daha ətraflı görüşmək üçün razılaşdıqlarını qeyd edib.
Xəbərə görə, hər iki tərəf də Dəməşq və Ər-Riyad arasında bütün sahələrdə əlaqələrin bərpası üçün ilk addım kimi Səudiyyə rejiminin Suriyadakı səfirliyini yenidən açılması üzərində razılaşıblar.
Mənbələr, həmçinin Səudiyyə rejiminin heyətinin Suriya tərəfinə Ər-Riyadın Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını və Əlcəzairdə keçiriləcək Ərəb Sammitində iştirakını məmnuniyyətlə qarşıladığını söylədiyini bildirib.
Səudiyyə rejimi ilə Suriya arasındakı münasibətlər, Suriyaya qarşı başladılan müharibə və Ər-Riyadın Suriya prezidentinin vəzifəsindən uzaqlaşdırılması barədə təkrar tələblərindən sonra pisləşib.
Səudiyyə rejimi 2012-ci ildə Dəməşqdəki səfirinin qovulmasından və Dəməşqdəki səfirliyinin bağlanmasından sonra Suriya ilə əlaqələrini kəsmişdi.