Ayətullah İsa Qasim siyasi məhbusları müdafiə etdi
Story Code : 928291
O, açıqlamasında bildirib ki, Bəhreyn rejiminin xalqı təzyiq altında saxlamaq siyasəti ən şiddətli şəkildə davam edir.
"Xalqımız bütün məhdudiyyət və təzyiqlərə baxmayaraq, son ana qədər öz haqlarını müdafiə etməkdən əl çəkməyəcək. Ölkədəki problemlərin həlli xalqın qəbul edəcəyi islahatların sürətli şəkildə keçirilməsidir", - deyə Ayətullah Şeyx İsa Qasim diqqətə çatdırıb.
Ayətullah Şeyx İsa Qasim həbsxanalara yüzlərlə insanı salmağın öz məqsədinə çatmayacağını və məhkumların buralarda da xalqın haqqını müdafiə etdiklərini sözlərinə əlavə edib.
Qeyd edək ki, Bəhreyn parlamentinin deputatı Gülsüm əl-Həyaki da həbsxanalarda siyasi fəallara qarşı başladılan son təqib və təzyiqlərlə bağlı açıqlama verib.
Gülsüm əl-Həyaki açıqlamasında bildirib ki, hökumət baş verən bütün hadisələrə görə məsuliyyət daşıyır.
"Daxili İşlər Nazirliyi baş verənlərə görə izahat verməlidir. Üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərə əməl etməliyik", - deyə Gülsüm əl-Həyaki diqqətə çatdırıb.
Deputat qeyd edib ki, ölkə nüfuzu belə təzyiq siyasəti ilə aradan gedir.