Taliban: “ABŞ Əfqanıstandan çıxmasa, silahlı mübarizəni davam edəcəyik”
Story Code : 923778
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Taliban Cozef Baydenin sözlərini qeyri-müəyyən (mübhəm) adlandırıb və ABŞ-ı müharibəni bitirmək üçün tarixi fürsəti əldən verməməyə dəvət edib: “Müəyyən olunmuş Doha razılaşması çərçivəsində bütün xarici qüvvələr Əfqanıstandan çıxarılmayacağı təqdirdə, qrupun döyüşçüləri onlarla döyüşməyə davam edəcək.
Xarici qüvvələr vaxtında çıxarılmasa, bunu ABŞ-ın müqaviləni pozması kimi qəbul edəcəyik və bu ABŞ-ın dünya səviyyəsində nüfuzuna da xələl gətirəcək.
Müharibənin davam etməsi ilə mümkün itkilər və tələfatla bağlı məsuliyyət Doha müqaviləsini pozan tərəfin üzərinə düşəcək”.
Qeyd edək ki, vəzifəyə gəldikdən sonra ilk mətbuat konfransında Bayden, ABŞ əsgərlərinin Əfqanıstandan çıxması üçün son tarixə çatmağın texniki səbəblərə görə çox çətin olduğunu söyləmişdi.
Ölkəsinin Əfqanıstanda uzun müddət qalmağı düşünmədiyini bildirən Bayden, Əfqanıstandan çıxmağın nizamlı və təhlükəsiz olacağını söyləmişdi.