Rus komandirin general Qasim Süleymani haqda maraqlı xatirəsi
Story Code : 906497
İran və Suriyanın qəhrəman sərdarı
Rusiyalı komandir öz müsahibəsində sərdar Süleymani ilə tanışlığı barədə belə deyir: “Mən 2015, 2017 və 2018-ci llərdə bir neçə dəfə Suriyaya səfər etdim və bu ölkədə anti-terror əməliyyatında xüsusi təyinatlı qüvvələrə komandan kimi bir neçə hərbi əməliyyat icra etdim.
Bir dəfə bizim qrupumuz İordaniya sərhədində yerləşən Suriya köçkünlərinə aid Əbudəxur adlı düşərgəyə getməli və orada məmuriyyət həyata keçirməli idi. Lakin düşərgənin yaxınlığında yerləşən amerikalı hərbçilər bizim ora daxil olmağımıza mane oldular. Amerikalı hərbçilərdən təqribən 200 metr aralıda bir neçə Jeep avtomobili dayanmışdı, avtomobillərin də yanında bir neçə nəfər oturmuşdu. Onlardan biri çox sakit oturmuşdu. O, bizə qəhvə təkif etdi və bizim tərcüməçidən nə lazım olduğunu soruşdu. Biz də Amerika yoxlama postundan keçə bilmədiyimizi dedik. Çox sakit oturmuş və sonradan SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani olduğunu bildiyimiz şəxs tərcüməçiyə işi həll edəcəyini bildirdi. Sonra da sözünə əməl etdi və bizi amerikalıların postundan elə keçirdi ki, amerikalı hərbçilərin xəbəri olmadı.”
Rusiyanın Suriyada anti-terror əməliyyatının komandiri əlavə edir: “Sərdar Süleymani çox şücaət və cəsarətlə amerikalı hərbçilərin yaxınlığından keçdi. Onun şəhamət və cəsarətli olması tamamilə məlum idi. O, İraq Hizbullahının bir neçə hərbi qüvvəsi ilə bizi amerikalı əsgərlərin yanından keçirdi. Beləliklə, vəzifəmizi yerinə yetirə bildik.”
Rusiyalı komandir xatirəsinin davamında deyir: “Bizim tərcüməçimiz Suriya Prezidenti Qvardiyasının üzvü idi. Mən ondan bu şəxsin kim olduğunu soruşdum. Dedi ki, o, iranlı və iki ulduzlu general Süleymanidir. Biz Qasim Süleymani ilə təqribən 20 dəqiqə söhbət etdik. Bu görüşün və onun xatirəsi həmişəlik olaraq mənim qəlbimdə qalmışdır.”