Britaniya koronavirus məhdudiyyətini ciddi yumşaldır
Story Code : 870654
İslamazeri.com voa-ya istinadən xəbər verir ki, Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı iyulun 4-dən başlayaraq pablar, restoran və bərbərxanaların açılması da daxil olmaqla, COVID-19 məhdudiyyətlərini daha da yumşaldılması planlarını açıqlayıb.
Parlament qarşısında danışan Conson iki metrlik sosial məsafələrin tövsiyə ediləcəyini deyib, ancaq mümkün olmayan yerlərdə ən azı bir metr məsafə saxlanıla biləcəyini əlavə edib. Onun sözlərinə görə,belə olan halda maskalardan istifadə kimi önləyici tədbirlərə ehtiyac duyulacaq. O, müvafiq tədbirlərə riayət etmək və qoruyucu vasitələrdən istifadə etməklə gözəllik salonlarının da açılacağını qeyd edib.
Conson manikür salonları kimi "yaxın təmas" olduğu digər xidmət obyektlərinin də "COVİD-dən etibarlı şəkildə qorunma" üsullarını göstərdikdən sonra açılacağını deyib.
Baş nazir iyulun 4-dən etibarən ən çox "istirahət yerləri" və turizm məkanlarının "təhlükəsiz şəkildə fəaliyyət göstərəcəyi təqdirdə" açıq idman salonları və oyun meydançaları, kinoteatrlar, muzeylər, qalereyalar, tematik parklar, kitabxanalar, sosial klublar və icma mərkəzlərinin yenidən açılmasına icazə veriləcəyini bildirib.
Conson Milli Sağlamlıq Xidmətinin (NHS) test və izləmə işləri aparacağını bildirib və müəssisələrlə vətəndaşları göstərilən səylər çərçivəsində əməkdaşlıq etməyə və müştərilərdən kontaktların detallları ilə bağlı məlumatları toplayaraq, hər hansı yerli yoluxma hallarına cavab verməyə çağırıb.
Britaniya pandemiya zamanı dünyada ölüm hallarının sayına görə ən yüksək göstəricilərə malik ölkələrdən biri idi. Ancaq son həftələr ölkədə ölüm hallarının sayının kəskin azalması məhdudiyyətlərin yüngülləşdirlməsinə imkan verdi.
Conson hökumətin COVID-19 halları yenidən artacağı təqdirdə, hətta milli səviyyədə də məhdudiyyətləri yenidən tətbiq etməkdən çəkinməyəcəyini dilə gətirib.