0
Friday 6 March 2020 - 16:12

Suriya ordusu qərbi Hələb istiqamətində terrorçuların hücumunu dəf etdi

Story Code : 848756
Suriya ordusu qərbi Hələb istiqamətində terrorçuların hücumunu dəf etdi

Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, dünən (4 mart) gecə Türkiyə tərəfindən dəstəklənən terrorçular, Şeyx Aqil və Qabtan əl-Cabal bölgəsində Suriya ordusu və Müqavimət qüvvələrinə qarşı Darat İzzahdan bir hücum təşkil etmişdi və sübh saatlarında Şeyx Aqilə daxil ola bilmişdilər. Lakin 12 saat davam edən ağır döyüşlərdən sonra terrorçular geri çəkilmək məcburiyyətində qaldılar və itirilmiş bütün ərazilər geri qaytarıldı.
 
Gecə baş verən qarşıdurmada Suriya ordusunun 4 hərbçisi və Nubl və Zəhraadan olan iki müqavimətin 2 hərbçisi şəhid oldu.
 
Source : Deyerler
Comment