Ayətullah Sistani general Qasim Süleymaninin öldürülməsinə münasibət bildirdi
Story Code : 836495
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın məşhur mərceyi təqlidi Ayətullah Seyid Əli Sistani İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymani və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib. Ayətullah Seyid Əli Sistani qeyd edib ki, Bağdaddakı hava limanı yaxınlığında baş verənlər İraqın suverenliyinə vəhşicəsinə hücum idi: "Hücum İraqın suverenliyinin və beynəlxalq nizamnamənin açıq şəkildə pozulmasıdır. Bütün bu və digər hadisələr ölkənin çox çətin bir vəziyyətlə üz-üzə qalması barədə xəbərdarlıqdır. Bu vəhşi hücum İŞİD-lə mübarizə aparan qəhrəmaların şəhid olmasına səbəb oldu". Qeyd edək ki, Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.