“Əfqanstan müharibəsi yalnız ABŞ-ın oranı tərk etməsi ilə sona yetər”
Story Code : 832032
İslaminSesi-nin Tasnimə istinadənverdiyi xəbərə görə, mənbənin yerli bürosunun verdiyi məlumata əsasən “Taliban” ABŞ-ı verdiyi vədlərə sadiq olmamaqda ittiham edib və Amerika qöşunlarının bu ölkəyə heç bir əsas olmadan gəldiklərini bildirib.
Taliban qruplaşması verdiyi bəyanatda ABŞ-ın 18 il ərzində Əfqanıstanda böyük dağıntılar və insan təlafatları törətdiyini bildirib.
“Taliban” həmçinin özünün günü-gündən qüvvətlədiyini bəyan edərək, ABŞ qüvvələrinin Əfqanstandan çıxmasını istəyiblər.
“Taliban” açıq şəkildə bildirib ki, ABŞ Əfqanıstanı tərk edəcək və burada İsalm qanunları hakim olacaq.