0
Wednesday 27 November 2019 - 19:19

Keçmiş ABŞ generalı: “Trampın hərbi işlərə müdaxiləsi dəhşətlidir”

Story Code : 829371
Keçmiş ABŞ generalı: “Trampın hərbi işlərə müdaxiləsi dəhşətlidir”

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ABŞ ordusunun keçmiş komandirlərindən olan general Berri MakKeffri, Riçard Spenserin işdən çıxarılması ilə bağlı “MSNBC” televiziya kanalına verdiyi müsahibədə, Trampın, müharibə cinayətləri məsələlərinə müdaxiləsini ABŞ ordusunun daxili intizamı üçün son dərəcə dağıdıcı olduğunu bildirib. MakKeffri Trampı, tanınmış hərbi komandiri görünməmiş şəkildə vəzifəsindən kənarlaşdırdığı üçün tənqid edərək deyib: "Qorxulusu budur ki, ABŞ prezidenti, məhkəmə işi aparılmadan, cinayət törətməkdə ittiham olunan əskərə amnistiya verir, cəmiyyətdə açıq şəkildə, saxlanılan kəslərə qarşı işgəncə hallarının etiraf etmə kimi məsələlərdən danışır”.
 
Spenser, Trampın tvitterində yazdığı, İraqda hərbi cinayətlər törətməkdə ittiham olunan ABŞ əskəri Edvard Qallaherin amnistiya verilməsi ilə bağlı fikirləri ilə razılaşmadığına görə, vəzifəsindən azad edilib.
 
Source : Deyerler
Tagged
tramp
Comment