Səudiyyə Ərəbistanının xarici işlər üzrə müşaviri Adil Əl-Cübeyr növbəti dəfə İranı ittiham edib. Əl-Cübeyrin sözlərinə görə Yəmənin Aramkoya hücumu arxasında Tehran dayanır. Dünyada ABŞ-ın mənafelərinə xidmət edən və Vaşinqtondan göstəriş alan bir şəxs kimi Əl-Cübeyr müqavimət cəbhəsini qaralamağa səy göstərir. Müşavir BMT-nin Aramko hadisəsini araşdırmasını istəyib. Əl-Cübeyr iddia edir ki, Aramkoya hücum əməliyyatında İran istehsalı olan dronlardan istifadə edilib. İran tərəfi öz növbəsində bu iddiaları əsassız sayır və Yəmən xalqını dəstəklədiyini də gizlətmir.