Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi elan edib ki, bundan sonra qadınlar orduda xidmət edə biləcək. Bu addım Bin Salmanın avropalaşdırma layihəsi olan 2030-un perspektivləri layihəsi çərçivəsində həyata keçirilir. Bu barədə ötən il qərar çıxarılsa da, bu ildən quru, hava, dəniz qüvvələri qadınları xidmətə qəbul edəcək. Qadınların orduda xidmət etdiyi ABŞ və İsrail kimi ölkələrdə orduda əxlaqsızlıq göstəricisinin yuxarı olduğunu nəzərə alsaq, deyə bilərik ki, Ərəbistanın bu addımı qadın azadlıqlarına açıq qapı sayıla bilməz.