İraqda ötən iki gün baş hadisələr, etiraz aksiyaları, iğtişaşlar öncə iqtisadi durumun ağırlığı ilə əlaqələndirilirdi. Amma qısa müddətdə aydın oldu ki, hadisələrdə Amerikanın rolu var. Bunu ABŞ səfirliyinin aksiyalara dəstək verən bəyanatı bir daha təsdiqlədi. Hadisələrin Ərbəin ziyarəti dövrünə təsadüf etməsi də suallar yaradır. Müqavimət cəbhəsi ilə üzbəüz dayana bilməyən imperialist və sionist çevrələr məhz daxildə sabitliyi pozmağa çalışır. Aksiyaçılar arasında bunun haradan idarə olunduğunu bilməyənlər, həqiqətən iqtisadi durumun yaxşılaşması üçün küçəyə çıxanlar var.