İraqın Həşd Şəbi könüllü qüvvələri Qətərin bu təşkilata dəstəyi ilə bağlı iddiaları rədd edib. Ərəbistanın xarici işlər üzrə dövlət müşaviri Adil Əl-Cübeyr iddia edib ki, Qətər Livan Hizbullahı və İraq Həşd Şəbisinə milyonlarla dollar yardım edir. Əl-Cübeyr Qətəri bu yardımları dayandırmağa çağırıb. Həşd Şəbi komandanlarından olan Məhəmməd Əl-Bəsri öz cavabında Əl-Cübeyrin iddialarını cəfəngiyyat adlandırıb və bildirib ki, Həşd Şəbi kiminsə dəstəyinə ehtiyac duymur.