Ərəbistanın Aramko neft şirkətinin Yəmən tərəfindən vurulması 4 ili ötən hərbi təcavüzə kiçik bir cavab olub. 4 il Yəmən xalqının qətliamını sükutla seyr edənlər Aramkoya hücuma görə Yəməni ittiham edir. Amma Türkiyə, Qətər və Omanın bu hücumu pisləməklə yanaşı Ərəbistanı təcavüzkar adlandırması Riyazı özündən çıxarıb. Bir zaman Yəmənə hücuma dəstək verən Ərdoğan Aramkoya hücumdan danışarkən deyib ki, Yəmən viran qalıb və bu ölkəni kim viran qoyub?! Ərəbistanda Ərdoğana qarşı sərt baykot kampaniyasına start verilib.