Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zakzaki həyat yoldaşı ilə birlikdə Hindistana yola düşüb. Nigeriya məhkəməsi onun müalicə üçün ölkədən çıxışına icazə verib. İranın Nigeriyadakı səfiri Murtəza Rəhimi Şeyx Zakzakinin ölkəni tərk etdiyini təsdiqləyib. Nigeriya İslam Hərəkatının rəhbəri son iki il müddətində ağır xəstə vəziyyətdə evində mühasirədə saxlanılırdı.