Ərdoğan Pakistanın baş naziri İmran Xan ilə Kəşmiri müzakirə etdi
Story Code : 809197
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Rabitə Nazirliyindən verilən açıqlamaya görə, telefon danışığı İmran Xanın Pakistan ilə Hindistan arasında Kəşmir mövzusunda yaşanan son proseslərlə əlaqədar məlumat vermək üçün zəng etməsiylə baş tutub.
Prezident Ərdoğanın tərəflərə dialoq prosesinin gücləndirilməyə dəvət etdiyi qeyd olunub.
Xatırladaq ki, Hindistanda Cammu Kəşmirin xüsusi statusunu ləğv etmək üçün edilən təklif parlamentdə qəbul edilmişdi.
Buna görə, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi yeganə ştat olan Cammu Kəşmirin 70 ildir malik olduğu xüsusi statusu ləğv edilmiş, Pakistan isə mövzuyla əlaqədar bütün variantların qiymətləndirildiyi şərhini vermişdi.