0
Tuesday 6 August 2019 - 14:53

Pakistandan Hindistana Kəşmir cavabı

Story Code : 809195
Pakistandan Hindistana Kəşmir cavabı
Deyerler.org Mehrə istinadən xəbər verir ki, bəyanatda bunun beynəlxalq arenada mübahisəli bölgə olan Kəşmirlə əlaqədar birtərəfli verilmiş bir qərar olduğu bildirilərək, belə qeyd olunub: “Hindistanının birtərəfli verdiyi qərarı Kəşmirin BMT Təhlükəsizlik Şurası (UNSC) tərəfindən qəbul edilən mübahisəli mövqeyini dəyişdirməyəcək. Nə Kəşmir xalqı, nə də Pakistan xalqı bunu qəbul etməyəcək”.
 
Bəyanatda Pakistanın Kəşmir xalqının öz taleyini özləri tərəfindən qərar verməsi arzusuna olan dəstəyinə davam edəcəyi vurğulanaraq, belə bildirilib: “Bu beynəlxalq münaqişənin tərəfi olan Pakistan, burada atılacaq qeyri-qanuni addımlara qarşı mümkün olan hər cür cavabı verəcək”.
 
Pakistanın prezidenti Arif Əlvi də mövzu ilə bağı verdiyi bəyanatında bunları qeyd edib: “Hindistanın Kəşmirin statusunun dəyişdirilməsi istiqamətində atdığı addım həm BMT TŞ-nin qətnamələrinə, həm də Kəşmir xalqının tələblərinə qarşıdır. Pakistan hər ehtiyacında yanında olduğu Kəşmiri dəstəkləməyə və Kəşmirdə dinc həllin təmin olunması üçün israr etməyə davam edəcək”.
 
Comment