0
Monday 5 August 2019 - 14:31

Seyid Əbdülməlik Əl-Husi BƏƏ-nin vədinə əməl etməyini istədi

Story Code : 809021
Seyid Əbdülməlik Əl-Husi BƏƏ-nin vədinə əməl etməyini istədi
Seyid Əbdülməlik Əl-Husi BƏƏ-nin vədinə əməl etməyini istədi
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi bu gün televiziyada BƏƏ-yə səslənib. Çıxışında Yəməndəki siyasət və meydandakı son hadisələrə diqqət çəkən Əl-Husi, BƏƏ-dən işğalçılıq cəhdinə son qoymasını və qoşunlarını Yəməndən çıxartmaq vədini yerinə yetirməsini istəyib.
 
“BƏƏ-yə Yəməndən iqtisadi maraqlarına görə çıxmağı tövsiyə edirəm, əks halda vəziyyət bu ölkə üçün təhlükəli olacaq”, - deyə o, bildirib.
 
Ənsarullahın lideri Səudiyyə rejiminə də xəbərdarlıq edərək, Yəmənə qarşı hücumlarını davam etdirəcəkləri təqdirdə, yəmənli qüvvələrin də hücumlarını artıracaqlarını bildirib.
 
 
Xatırladaq ki, Yəmənin Cənub Keçid Şurasının rəhbərlərindən biri BƏƏ-nin İranla son razılaşmalarına əsasən, Yəmənin cənubundakı vəziyyəti köhnə vəziyyətinə qaytarmağa söz verdiyini və bu istiqamətdə bəzi siyasi islahatlara başladığını açıqlamışdı.
 
Adının anonim saxlanılmasını istəyən yəmənli mənbə, Yəmənin cənubundakı BƏƏ-nin dəstəklədiyi hərbi və siyasi hakimiyyət orqanlarının bu istiqamətdə hərəkət etdiyini söyləmişdi.
 
Source : Deyerler
Comment