Bəhreyn rejimi Əl-Qaidənin əli ilə İranda terror aktları törətmək istəyir
Story Code : 805381
Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, hesabatda, Bəhreyn kəşfiyyat təşkilatının 2003-cü ildə Ali Xəlifə rejiminə qarşı müxalif olanları aradan qaldırmaq məqsədilə Əl-Qaidə terror təşkilatının komandirlərindən biri ilə əməkdaşlıq etməyə başladığını bildirib.
Əl-Cəzirənin nəşr etdiyi sənədlərdə, sözügedən planda Bəhreyn kralının məlumatı daxilində Ali Xəlifə rejiminin yüksək səviyyəli 3 rəsmisinin adı gözə çarpır.
Hesabatın davamında, həmçinin Bəhreyn kralının İran torpaqlarında casusluq və terror aktları törətmək məqsədilə Ənsarul-Furqan adlı terror qrupunun başçısıyla əməkdaşlıq etdiyinə diqqət çəkilib.
Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyi 2015-ci ilin may ayında ölkənin cənub şərq bölgəsində apardığı əməliyyatda Ənsarul Furqan terror qruplaşmasının başçısı Huşam Bəluşi və yanındakı 6 terrorçunu məhv edib.