0
Saturday 6 July 2019 - 15:36

İspaniya Böyük Britaniyaya qarşı şikayət göndərəcək

Story Code : 803506
İspaniya Böyük Britaniyaya qarşı şikayət göndərəcək
Deyerler.org-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, İspaniya baş nazirinin müavini Cozep Borell deyib ki, vəziyyəti təhlil edirik və bu fəaliyyətin bizim suverenliyimizə necə təsir etdiyini araşdırırıq.
 
Borrell britaniyalı dənizçilərin Cəbəlutariq polisinin əmri altında olması iddiasına qarşı çıxaraq, ABŞ-ın əmrləri altında fəaliyyət göstərdiyini iddia edib.
 
İspaniyanın etirazlarının neft tankeri Grace 1-ə Cəbəlutariq limanında yox, açıq dənizdə müdaxilə olunması ilə əlaqədar olduğu bildirilib.
 
İspaniya Xarici İşlər Nazirliyinin sözçülərindən biri də Avropa İttifaqının sanksiyaları əsasında edilən müdaxiləyə İspaniyanın qarışmadığını söyləyib.
 
Cəbəlutariqin baş naziri Fabian Pikardo isə, deyib ki, neft tankerinin Aİ-nin Suriya sanksiyaları çərçivəsində Banyas emal zavoduna getdiyinə inanırdılar.
 
Source : Deyerler
Tagged
İspaniya neft
Comment