Almaniyanın Hessen vilayətinin Kassel şəhərindəki Mərkəzi məscidə şəxsiyyəti hələlik məlum olmayan şəxslər tərəfindən hücum olunub.
Kassel Mərkəz məscidinin idarə heyətinin rəhbəri Seyfəddin Eryörük hücumun məsciddə camaatın olmadığı vaxtlarda baş verdiyini və məscid pəncərəsinin şüşələrinin qırıldığını qeyd edib.
Eryörük hücumu şiddətlə qınadığını bildirərək, hadisəni törədənlərin ən qısa müddətdə saxlanılmalarını istəyib. Kassel prokurorluğu da hücumla əlaqədar istintaqa başlayıb.
Bremendə idarəçilərinin əksəriyyəti əfqan və pakistanlılar olan Rəhman məscidində isə, təqribən 50 Quran kitabı cırılıb və bəziləri də tualetə atılıb.
Bu iyrənc hücum səbəbiylə Bremendə yaşayan müsəlmanlar sosial şəbəkədən narahatlıqları və etirazlarını çatdırıblar.