Sionist rejim mediası baş nazir Bibinin Bəhreyndə iqtisadiyyat konfransa qatılacağını istisna etməyib. Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah Bəhreyn konfransını Əsrin Sövdələşməsi layihəsinin reallaşmasında ilk addım adlandırıb. Layihənin təşəbbüsçüsü Amerika fələstinlilərə təzyiq göstərir ki, 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmaq fikrindən daşındırsın. Ekspertlər Bəhreyn konfransını 1997-ci ildə Dohada (Qətər) keçirilən və nəticəsiz başa çatan konfransa bənzədir. Doha konfransı BMT TŞ-nin 242 və 338-ci qətnamələrini əsas götürməklə İsrailə imtiyaz verməmişdi.