İmam Baqir (ə) buyurur: “O gecə, layiqli işlər (namaz, zəkat və müxtəlif yaxşılıqlar kimi) Qədr gecəsinin olmadığı min ildən daha yaxşıdır”.
Biz hədislərə nəzər salaraq, Qədr gecəsini daha yaxşı tanımış olarıq. Allahın Rəsulu (s) buyurur: “Həzrət Musa (ə) Allaha belə buyurur: “Allahım! Sənə yaxınlaşmağımı istəyirəm”.
Buyurdu: “Mənə yaxınlaşmaq o kəs üçündür ki, Qədr gecəsini oyaq qalar”.
Dedi: “Allahım! Sənin rəhmətini istəyirəm”.
Buyurdu: “Mənim rəhmətim o kəsədir ki, Qədr gecəsi zəiflərə rəhm edər”.
Dedi: “”Allahım! Siratdan keçmək istəyirəm”.
Buyurdu: “O, o kəslər üçündür ki, Qədr gecəsi sədəqə versin”.
Dedi: “Allahım! Behiştin ağaclarını və meyvələrini istəyirəm”.
Buyurdu: “O, o kəslər üçündür ki, Qədr gecəsində təsbih desinlər”.
Dedi: “Allahım! Atəşdən qurtulmaq istəyirəm”.
Buyurdu: “O, o kəslər üçündür ki, Qədr gecəsində bağışlanma istəyər və istiğfar edərlər”.
Dedi: “Allahım! Sənin razılığını istəyirəm”.
Buyurdu: “Mənim razılığım o kəs üçündür ki, Qədr gecəsində iki rükət namaz qılar”.
İmam Sadiq (ə) Ramazan ayı gələn zaman övladlarına belə buyurardı: “Bu ayda özünüzü zəhmətə salın ki, ruzi paylanır, əcəllər yazılır. Bu ayda Allahın qonaqları Evini ziyarət etməyə gedərlər”.
Hədislərdə oxuyuruq ki, Qədr gecəsində mələklər və ruhlar yerə enər, o əsrin İmamına (ə) tərəf tələsərlər. Gələn ilin proqramını ona təqdim edərlər. İmam Əli (ə) ibni Abbasa buyurur: “Qədr gecəsi hər il olur. O gecədə ilin proqramı yerə enər. Peyğəmbərdən (s) sonra elə kəslər vardır ki, bu proqramlar onların öhdəsindədir”.
İbni Abbas soruşur: “Bunlar kimlərdir?”/
İmam (ə) buyurur: “Mən və mənim nəslimdən olan 11 övladım”.
İmam Baqirdən (ə) soruşurlar: “Siz Qədr gecəsini tanıyırsınız? (yəni hansı gecə olduğunu bilirsiniz?)”.
Buyurur: “Qədr gecəsini necə tanımayaq? Bir halda ki, həmin gecə mələklər bizim ətrafımızda fırlanırlar”.
İmam Baqir (ə) buyurur: “Allah Təala dünyanı ilk yaradanda Qədr gecəsini də yaratmışdı. O gecə ilk peyğəmbəri və peyğəmbərin ilk canişinini yaratmışdı. Təqdir etmişdir ki, hər il elə bir gecə olsun ki, gələn ilə qədər olan işlərin təfsirini aşağı endirsin”.
İmam Baqir (ə) buyurur: “Ey Əhli-Bbeyt (ə) davamçıları! “Qədr” surəsi ilə mübahisə edin ki, qalib gəlin. Allaha and olsun ki, Peyğəmbərdən (s) sonra bu surə Allah Təala üçün hüccətidir. Bu surə dininizin sərvəri və bizim elmimizin nəhayətidir”.
Bu hədisdən belə nəticə çıxartmaq olar ki, İmam (ə) tövsiyə edir ki, İlahi imaməti inkar edənlərlə mübahisə edin və bu ayələri dəlil gətirərək, qalib olun. Sonra isə buyurur ki, “Qədr” surəsi dininizin sərvəri və elmimizin nəhayətidir. Yəni, o gecədə elmi məktublar bizə aydın olar.
Bu mübarək surədən bunları başa düşmək olur:
1. Qədr gecəsi davamlıdır və hər il təkrar olur. Bu mənaları “Duxan” surəsinin 4-cü ayəsindən də asanlıqla başa düşmək olur.
2. O kəslər ki, imaməti inkar edirlər, onlardan soruşmaq lazımdır ki, Peyğəmbərdən (s) sonra bu mələklər kimə nazil olurlar?
Bizim əlimizdə çox sayda hədis vardır ki, mələklərin Peyğəmbərdən (s) sonra İmamlara (ə) nazil olmasını təsdiq edir. İmamlar (ə) növbə ilə Qədr gecələrini öhdələrinə götürürlər.