Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya 4 ilə yaxındır Yəmən xalqını qətliam edir. Yəmən xalqı müqavimət göstərir, lazım gələndə cavab verir. Bu dəfə Ərəbistanın Aramko şirkətinin iki quyusu Hüsilərin hədəfi olub. Ərəbistan BMT-yə ünvanladığı məktubda bu hücuma görə İranı müqəssir sayır. Bir neçə gün öncə Əmirliyin Fuceyrə limanında tankerlərin vurulması da İranın ittiham edilməsinə hesablanıb. İşğalçı sionist rejim bu hadisələrdən bəhrələnib İranın BMT tərəfindən ittiham olunmasına çalışır.