0
Tuesday 30 April 2019 - 09:01

İraq və Bəhreyn arasındakı diplomatik böhran artır

Story Code : 791395
İraq və Bəhreyn arasındakı diplomatik böhran artır

İraq Xarici İşlər Nazirliyi Sədr hərəkatını təhqir edən Bəhreyn Səfirini XİN-ə çağırıb. Gərginlik daha da artdıqdan sonra hər iki tərəf səfirlərini geri çağırıb.
İslamazeri.com xəbər verir ki, İraq və Bəhreyn arasında diplomatik böhran artmağa davam edir.
İraqın Sədr hərəkatının lideri Müqtəda Sədr şənbə günü İraq və regiondakı proseslər haqqında yaydığı bəyanatda, Bəhreyndə böhranın həlli üçün Ali-Xəlifə sülaləsi rəhbərlərinin hakimiyyətdən çəkilmələrini istəmişdi.
Ancaq Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd "Twitter" hesabında Müqtəda Sədri "hegemon axmaq" adlandıraraq, Bəhreyn əvəzinə İranı hədəf almasını qeyd edib.
Bəhreyn XİN İraqın Manama müvəqqəti işlər vəkilinin müavini Nihat əl-Aniyi çağıraraq Sədrin açıqlamasına etiraz edib.
Bağdad rəhbərliyi Müqtəda Sədrə qarşı edilən bu təhqirdən sonra Bəhreyn Səfirini XİN-ə çağırıb.
Gərginliyin artmasının davamında hər iki tərəf səfirlərini geri çağırıb.
 
Source : Islamazeri
Tagged
bəhreyn iraq
Comment