Həməd bin Casim Ali-Sani: Qüds və Qolana görə ərəb başçıları müqəssirdir!
Story Code : 790683
Qətərin sabiq baş naziri Həməd Bin Casim Ali-Sani öz tvitter səhifəsində ərəb xalqlarının acınacaqlı vəziyyətindən və bütün bunlara görə ərəb başçılarının müqəssir olmasından yazıb. Sabiq nazir deyir: Ərəb xalqları işsizlikdən üzülüb. Siyasi durum acınacaqlıdır. Qüds və Qolanın İsrail ərazisi kimi tanınmasına görə ərəb başçıları müqəssirdir. Ərəb başçılarının görüşündən bir ay ötsə də, heç bir nəticə yoxdur. Böhrandan çıxmaq üçün aradakı ixtilaflara son qoyulmalıdır.