İmran Xan: Əfqanıstanda müvəqqəti hökumət təşkil olunmalıdır
Story Code : 787287
Pakistanın baş naziri İmran Xan Əfqanıstanda yalnız müvəqqəti hökumət yaradılacağı təqdirdə seçkilərin sülhə fayda verəcəyini bildirib. İmran Xan deyib ki, bu qardaş tövsiyəsidir və Əfqanıstanın daxili işlərinə qarışmaq məqsədi yoxdur. Amma bu “tövsiyə” Əfqanıstanda birmənalı qarşılanmayıb. Prezidentin mətbuat katibinin müavini Səmim Arif deyib ki, Pakistan öz iradəsini Əfqanıstana zorla qəbul etdirməkdən çəkinsə daha düzgün olar.