0
Sunday 10 March 2019 - 17:50

Həmas: İsrailin atəşkəs üçün şərti məqbul deyil!

Story Code : 782478
Həmas: İsrailin atəşkəs üçün şərti məqbul deyil!
Sionist rejimin Haaretz qəzeti yazır ki, Həmas Qəzzədə sabitlik ardınca olsa da, Qəzzəyə qarşı məhdudiyyətləri qəbul etmir. İşğalçı İsrail Misirin atəşkəsin bərpası üçün cəhdlərinin səmərə verəcəyinə inanmır. Həmas bildirir ki, qarşıdakı iki həftədə aradakı gərginliyin artıb-azalacağı müəyyənləşəcək. Üç həftə sonra Qayıdış Yürüşünün ilk ildönümüdür. Bu arada 250 fələstinli şəhadətə çatıb, minlərlə fələstinli yaralanıb. Livanın Əl-Əxbar qəzeti yazır ki, misirli heyətin Qəzzəyə səfəri səmərəsiz olub. Çünki İsrail Qəzzəyə qarşı məhdudiyyətləri ləğv etmək istəmir.
 
Source : IslamTimes
Tagged
atəşkəs