0
Wednesday 20 February 2019 - 19:38

İordaniya parlamenti İsrail səfirini qovmağı tələb edir!

Story Code : 779085
İordaniya parlamenti İsrail səfirini qovmağı tələb edir!
Fələstin parlament komitəsi İordaniya parlamentindən İsrail səfirliyinin ölkədən çıxarılması barədə qərar verməsini istəyib. İordaniya parlamenti öz növbəsində fələstinlilərə dəstək verərək dövlətdən tələb edir ki, İsrail səfiri ölkədən qovulsun. İordaniya parlamentinin nə üçün belə qərar verməsi kimsədə sual doğurmur: işğalçı sionist rejim hər gün Fələstin xalqına təzyiqləri gücləndirir, Qüdsün işğalını genişləndirir. İordaniya parlamenti  ölkə səfirinin də İsraildən geri çağırılmasını tələb edir. Yada salaq ki, ötən gün fələstinlilər İsrailin Məscidül-Əqsada Babul-Rəhmə qapısına vurduğu qıfılları, zəncirləri qırıb. Amma insident zamanı on fələstinli yaralanıb, 15 fələstinli həbs edilib.
 
Source : IslamTimes
Tagged
iordaniya