Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasimin Əsərlərinin Nəşri Ofisindən verilən xəbərə görə mübariz alim Nəcəfdən Məşhəd şəhərinə köçüb.
Ayətullah İsa Qasim iki ildən artıq Bəhreyndə evində Ali-Xəlifə rejiminin mühasirəsində qalıb. Səhhətindəki problemlərlə bağlı müalicə üçün Londona getməsinə icazə verilib. Alim müalicədən sonra Nəcəfdə idi.